...

İran və Fransa prezidentləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 7 İyul 2019 04:02 (UTC +04:00)
İran prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub
İran və Fransa prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

İran prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Trend-in xəbərinə görə, bu barədə Elisey Sarayı məlumat yayıb.

Bəyanatda bildirilir:“Respublika Prezidenti iranlı həmkarı ilə danışıqların bütün tərəflərlə bərpa olunmasının şərtləri barədə məsələni iyulun 15-dək öyrənməyə razılaşıb”

İran parlamentinin sədr müavini Məsud Pezeşkian bildirib ki, ölkə parlamenti nüvə sazişindən çıxan və Tehrana təzyiq göstərməkdə davam edən ABŞ-la dialoq aparılmasına şübhə ilə yanaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti