...

Türkiyə HHQ İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 13 İyul 2019 06:00 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Zap və Qara rayonlarında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər
Türkiyə HHQ İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Zap və Qara rayonlarında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Xəbər lenti

Xəbər lenti