...

Rusiyada ağır qəza, 5 nəfər ölüb

Dünya xəbərləri Materials 14 İyul 2019 21:58 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, hadisə Ufa - Beloresk avtomobil yolunda baş verib.

Belə ki, içərisində 39 nəfər sərnişin olan "King Long XMQ" markalı avtobus aşıb. Qəza nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər yaralanılıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti