...

Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır

Dünya xəbərləri Materials 15 İyul 2019 19:29 (UTC +04:00)
Filippin hökuməti ölkənin mərkəzi hissəsində "Denqe" qızdırması ilə bağlı həyəcan təbili çalıb.
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır

Bakı. Trend:

Filippin hökuməti ölkənin mərkəzi hissəsində "Denqe" qızdırması ilə bağlı həyəcan təbili çalıb.

Trend-in məlumatına görə, 2019-cu ilin əvvəlindən bu qorxulu xəstəlik səbəbindən 450 nəfər dünyasını dəyişib.

Xəstəliyə yoluxanaların isə daha çox 5-9 yaş arası uşaqlar olduğu qeyd edilir.

Hazırda hökumət ölkənin xəstəlik yayılmış digər hissələrinin əhalisinə xəbərdarlıq etməklə əhalini qorumağa çalışır.

Qeyd edək ki, bir müddət öncə Tailandda "Denge" qızdırması epidemiyası elan olunmuşdu. Bu ilin əvvəlindən başlayaraq ölkə ərazisində 30 minə yaxın şəxs bu xəstəliyə yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti