...

Kanadada hidrotəyyarə qəzaya düşdü - 4 ölü, 5 yaralı

Dünya xəbərləri Materials 27 İyul 2019 11:55 (UTC +04:00)
Kanada sahillərində hidrotəyyarə qəzaya uğrayıb
Kanadada hidrotəyyarə qəzaya düşdü - 4 ölü, 5 yaralı

Bakı. Trend:

Kanada sahillərində hidrotəyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

"Cessna 208" təyyarəsinin Kalvert adasında çarter reysi ilə uçduğu bildirilir. Qəzanın səbəbi ilə bağlı ilkin ehtimal olaraq hava şəraiti qeyd edilir, belə ki, həmin vaxt hava yağışlı olub, görüntü məhdudiyyəti yaranıb.

Qəza ilə bağlı başqa detallar açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti