...

Çikaqoda parkda atışma olub: 7 yaralı

Dünya xəbərləri Materials 4 Avqust 2019 19:43 (UTC +04:00)
ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) parkında atışma baş verib
Çikaqoda parkda atışma olub: 7 yaralı

Bakı. Trend:

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) parkında atışma baş verib.

Trend-in "CBS" telekanalına istinadən verdiyi məlumata görə, ötən gün gecə saatlarında baş verən atışma nəticəsində 7 nəfər yaralanıb.

Hadisənin şahidləri bildirib ki, insanlara atəş parkın yaxınlığından keçən avtomobildən açılıb.

Məlumata əsasən, yaralananlardan birinin vəziyyəti ağırdır.

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.

Daha bir atışma ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verib. İnsident nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti