...

Türkiyədə zəlzələ panikaya səbəb oldu

Dünya xəbərləri Materials 8 Avqust 2019 13:57 (UTC +04:00)
Türkiyənin İzmir vilayətinin Səfərihisar şəhərində Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib
Türkiyədə zəlzələ panikaya səbəb oldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir vilayətinin Səfərihisar şəhərində Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri yerin 18 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib.

Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti