...

Konqoda Ebolaya yoluxanların sayı 2,8 min nəfəri keçdi

Dünya xəbərləri Materials 14 Avqust 2019 12:50 (UTC +04:00)

Bakı. Trend:

Konqo Demokratik Respublikasında (DR) ötən ilin iyulundan bu günədək Ebola virusuna yoluxanların sayı 2,8 min nəfəri keçib.

Trend-in məlumatına görə, bu statistikanı Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.

Qeyd olunur ki, yoluxanlardan təxminən 1,9 min nəfəri vəfat edib.

Son həftələrdə Konqo DR-da orta hesabla gündə 86 nəfər Ebolaya yoluxur.

Bu günədək 826 nəfər virusdan sağalıb. Ümumilikdə 121 minə yaxın sakin peyvənd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti