...

Çində torpaq sürüşməsi nəticəsində 17 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 16 Avqust 2019 06:45 (UTC +04:00)

Bakı. Trend:

Çində torpaq sürüşməsi nəticəsində ən az 17 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, hadisə yerli vaxtla saat 12:44-də Lianshan-İy Muxtar Vilayətinin Qanlo qəzasında baş verib.

Bildirilir ki, dağ süxurunun bir hissəsi gözlənilmədən Çenqdu və Kunminq şəhərləri arasındakı dəmir yolunun bir hissəsinə çökdü.

Dağıntılar altında onlarla texniki personalın əməkdaşı qalıb. İndiyə qədər 11 nəfər xilas olunub.

Hadisə yerində təxminən 400 xilasedici və 14 ədəd texnika işləyir. Axtarış işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti