Bakı. Trend:
“Apple” şirkətinin direktoru Tim Kuk korporasiyanın yanğından sonra Amazoniya meşələrini bərpa etmək üçün vəsait verəcəyini söyləyib.
Trend-in məlumatına görə, şirkətin rəhbəri Tim Kuk şəxsi “Twitter” səhifəsində yazıb: “Şirkətimiz biomüxtəlifliyin qorunmasına və Latın Amerikasındakı əvəzolunmaz Amazon meşələrinin bərpasına kömək etmək üçün vəsait bağışlayacaq”, - Kuk belə deyib.
Daha əvvəl Fransa prezidenti, G7-nin Amazonda meşə yanğınlarını söndürmək üçün təxminən 20 milyon avro məbləğində təcili yardım göndərəcəyini deyib.