...

ABŞ və Çin ticarət danışıqlarının yeni raundu barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 5 Sentyabr 2019 07:14 (UTC +04:00)
Çinin baş nazirinin müavini Lyu He ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzerə telefonla zəng edib
ABŞ və Çin ticarət danışıqlarının yeni raundu barədə razılığa gəliblər

Bakı. Trend:

Çinin baş nazirinin müavini Lyu He ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzerə telefonla zəng edib.

Trend-in məlumatına görə, tərəflər oktyabr ayının əvvəlində Vaşinqtonda ticarət danışıqlarının yeni raundunu keçirmək barədə razılığa gəliblər.

Daha əvvəl danışıqların sentyabr ayında keçirilə biləcəyi deyilirdi.

Qeyd edək ki, ABŞ və Çin arasında ticarət danışıqlarının son raundu iyulun 31-i Şanxayda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti