...

Baham sahillərində yeni tropik fırtına formalaşıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2019 08:47 (UTC +04:00)
Atlantik okeanda, Baham adaları sahillərində "Umberto" adı verilmiş yeni tropik fırtına formalaşıb
Baham sahillərində yeni tropik fırtına formalaşıb

Bakı. Trend:

Atlantik okeanda, Baham adaları sahillərində "Umberto" adı verilmiş yeni tropik fırtına formalaşıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzindən bildiriblər.

Məlumata əsasən, hazırda "Umberto" Böyük Abako adasından 210 kilometr cənub-şərqdədir və şimal-qərbə tərəf saniyədə 2,5 metr sürətlə irəliləyir.

Tropik fırtına daxilində küləyin sürəti saniyədə 18 metrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti