Bakı. Trend:
Qvatemalanın mərkəzindəki bir yolda onlarla sərnişinin olduğu bir avtobus yük maşınına çırpılıb. Ən azı üç nəfər yol qəzanın qurbanı olub, 30-dan çox insan yaralanıb.
Trend-in məlumatına görə, ölənlər arasında yük maşınının sürücüsü də olub. Yaralı sərnişinlər xəstəxanalara aparılıb, vəziyyətləri barədə məlumat açıqlanmır. Hökumət avtomobil qəzasının səbəbləri ilə əlaqədar istintaq başladıb.