...

Dünyanın ən böyük dəniz avtomobil-dəmiryolu körpüsü burada tikildi

Dünya xəbərləri Materials 25 Sentyabr 2019 20:17 (UTC +04:00)

Bakı. Trend:

Çində avtomobil və dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulmuş dünyanın ən böyük körpüsünün tikintisi başa çatıb.

Trend-in məlumatına görə, Fuçjou şəhərini Pintan adası ilə birləşdirən körpünün uzunluğu 16,3 kilometr təşkil edir.

İkiyaruslu körpünün üst hissəsində 6 xətli avtomobil yolu, alt hissəsində dəmir yolu yer alacaq.

Körpünün tikintisi 2013-cü ilin noyabrında başlayıb və dəyəri 1,5 milyard dollara yaxın olub. Onun 2020-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti