...

Belçikada miqrant yoldan keçənlərə hücum edib

Dünya xəbərləri Materials 17 Noyabr 2019 07:47 (UTC +04:00)
Belçikanın Kortreyk şəhərinin mərkəzində Qana vətəndaşı tərəfindən hücum törədiləndən sonra üç əcnəbi vətəndaş yaralanıb
Belçikada miqrant yoldan keçənlərə hücum edib

Bakı. Trend:

Belçikanın Kortreyk şəhərinin mərkəzində Qana vətəndaşı tərəfindən hücum törədiləndən sonra üç əcnəbi vətəndaş yaralanıb.

Trend-in məlumatına görə, cinayətkar çubuqla keçən insanlara hücum edib.

Qərbi Flandriya prokurorluğundan bildiriblər ki, xəsarət alanlardan ikisi ağır yaralanıb.

Hücum edən şəxs polis tərəfindən tutulub, o, qanuni olaraq Belçikada yaşayan Qana əsilli şəxs olub. Zərərçəkənlərin də xarici vətəndaş olduğu barədə məlumat verilib, lakin onların vətəndaşlığı dəqiqləşdirilmir.

İlkin məlumatlara görə, təcavüzkar ruhi xəstədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti