...

Çavuşoğlu: Makron terrorçu dövləti yaratmaq istəyirdi

Dünya xəbərləri Materials 28 Noyabr 2019 20:08 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronu terrorçuluğu dəstəkləməkdə ittiham edib
Çavuşoğlu: Makron terrorçu dövləti yaratmaq istəyirdi

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronu terrorçuluğu dəstəkləməkdə ittiham edib.

Trend-in məlumatına görə, bundan əvvəl E.Makron Türkiyəni Suriyanın şimalındakı əməliyyatlarda dəstəkləməyəcəyini bildirmişdi.

Nazir E.Makronun terrorçu dövlət yaratmaq istədiyini bəyan edib:

“Amma bizim keçirdiyimiz “Barış pınarı” əməliyyatı buna mane oldu və onu məyus etdi. O, özü də nə dediyini bilmir”.

M.Çavuşoğlu əlavə edib ki, E.Makron NATO müttəfiqlərinin yanında durmalıdır, onlara qarşı olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti