...

Meksikada silahlılar bələdiyyə administrasiyasına hücum ediblər, ölənlər var

Dünya xəbərləri Materials 1 Dekabr 2019 05:21 (UTC +04:00)
Meksikada Şimal-Şərq narkokartelinin üzvləri Vilya Yunion bələdiyyəsinin administrasiyasına hücum ediblər
Meksikada silahlılar bələdiyyə administrasiyasına hücum ediblər, ölənlər var

Bakı. Trend:

Meksikada Şimal-Şərq narkokartelinin üzvləri Vilya Yunion bələdiyyəsinin administrasiyasına hücum ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, polis, prokurorluq və ordunun birgə həyata keçirdiyi əməliyyat nəticəsində 5 cinayətkar öldürülüb.

Bildirilir ki, cinayətkarlara məxsus 7 avtomobil məhv edilib.

Şahidlərin sözlərinə görə, cinatəkarlar 5 min əhalisi olan şəhərə 7 avtomobildə gəliblər və dövlət müəssisələrini atəşə tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti