...

İranda ağır yol qəzası - 3 nəfər öldü, 24 nəfər yaralandı

Dünya xəbərləri Materials 3 Dekabr 2019 14:57 (UTC +04:00)
Hadisə Zəncan-Qəzvin magistral yolunda baş verib.
İranda ağır yol qəzası - 3 nəfər öldü, 24 nəfər yaralandı

Bakı. Elnur Bağışov - Trend:

İranın Zəncan-Qəzvin magistral yolunda zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, bu faktı İranın Təcili Yardım Təşkilatının sözçüsü Müctəba Xaledi təsdiqləyib.

M.Xaledinin sözlərinə görə, gecə saat 2 radələrində bir avtobus, bir avtomobil və iki yük maşını toqquşub.

Təşkilat rəsmisi əlavə edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 24 nəfər yaralanıb.

M.Xaledi hadisə yerinə 9 təcili yardım maşınının cəlb olunduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti