Bakı. Trend:
Yəməndə H1N1 (donuz qripi) virusundan ölüm halları qeydə alınıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Ənsər Allah" (husilər) hərəkatının səhiyyə naziri Taha əl-Mütəvəkkil bildirib ki, 1600 mövsüm qripi halı qeydə alınıb.
Onun sözlərinə görə, 48 nəfər qripdən dünyasını dəyişib, onlardan 8-nin ölüm səbəbi donuz qripi olub.