Bakı. Trend:
Misirin şimalında Port-Səid və Dumyat şəhərləri arasındakı avtomobil yolunda avtobus yük maşını ilə toqquşub.
Trend-in "MEHA" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 23 nəfər həlak olub.
Bildirilir ki, avtobus yerli müəssisədə çalışan işçiləri daşıyırmış. Qəzanın səbəbi hələki məlum deyil.