...

Somalidə 20 terrorçu mehv edilib

Dünya xəbərləri Materials 2 Yanvar 2020 06:40 (UTC +04:00)

Bakı. Trend:

Somalinin xüsusi təyinatlı birləşmələrinin bölmələrindən biri ölkənin cənubundakı Aşağı Şabelle vilayətində antiterror əməliyyatı keçirib.

Trend-in məlumatına görə, bu barədə "Goobjoog News" xəbər portalı bildirib.

Məlumata əsasən, əməliyyat nəticəsində "Əl-Şəbab" ekstremist qruplaşmasının 20 silahlısı məhv edilib.

Bölmə komandiri Osman Abdi Malikin sözlərinə görə, xüsusi təyinatlı döyüşçülər dörd yaşayış məntəqəsini federal hökumətin nəzarətinə qaytarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti