...

İranlı generalın dəfn mərasimində ölənlərin sayı 56-ya çatıb (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 7 Yanvar 2020 20:14 (UTC +04:00)
İranın Kirman vilayətində keçirilən iranlı generalın dəfn mərasimində ölənlərin sayı artıb.
İranlı generalın dəfn mərasimində ölənlərin sayı 56-ya çatıb (YENİLƏNİB-3)

Bakı. Elnur Bağışov - Trend:

İranın Kirman vilayətində keçirilən iranlı generalın dəfn mərasimində ölənlərin sayı artıb.

Trend-in məlumatına görə, dəfn mərasimində 56 nəfər ölüb.

XXX

15:41

İranın cənub-şərqində yerləşən Kirman vilayətində keçirilən iranlı generalın dəfn mərasimində bir qrup insan həlak olub.

Bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib. Bu barədə Trend təşkilatın informasiya portalına istinadən məlumat verib.

P.Kulivəndin sözlərinə görə, izdiham nəticəsində yaralananlar təcili yardım maşınların ilə müalicə mərkəzlərinə çatdırılıblar.

Kulivənd əlavə edib ki, hadisənin baş vermə səbəbləri araşdırılır. Onun sözlərinə görə, 50 nəfər həlak olub, 213 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti