...

İran SEPAH-ının istifadə etdiyi raketlər ballistik “Fateh” raketləri olub

Dünya xəbərləri Materials 8 Yanvar 2020 09:51 (UTC +04:00)
İranın İraqda Eynül-Əsəd hərbi bazasına atdığı raketlər ballistik “Fateh” raketləri olub.
İran SEPAH-ının istifadə etdiyi raketlər ballistik “Fateh” raketləri olub

Bakı. Elnur Bağışov – Trend:

İranın İraqda Eynül-Əsəd hərbi bazasına atdığı raketlər ballistik “Fateh” raketləri olub.

Trend-in məlumatına görə, bu haqda İranın Fars informasiya agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, İraqın Eynül-Əsəd bazasına yaxın olduğuna görə, bu raketlər İranın qərbində yerləşən Kirmanşah vilayətindən (məsafə 430 kilometr) atılıb.

İstifadə olunan raketlər "Fateh-313" növündən olub və bu raketin radiusu 500 kilometrdir.

Sözügedən raketlərin çəkisi 3220 kq, uzunluğu 8,8 metr, qalınlığı isə 61 santimetrdir.

"Fateh" ballistik raketlərinin hədəfi dəqiq vurduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti