...

İranda qəzaya uğrayan təyyarənin “qara qutusu” tapılıb

Dünya xəbərləri Materials 8 Yanvar 2020 10:46 (UTC +04:00)
İranın paytaxtı Tehran yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutusu” tapılıb
İranda qəzaya uğrayan təyyarənin “qara qutusu” tapılıb

Bakı. Trend:

İranın paytaxtı Tehran yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutusu” tapılıb.

Trend-in İrandakı xüsusi müxbiri xəbər verir ki, qəzanın səbəbi texniki nasazlıq olub.

Ətraflı səbəblər araşdırmadan sonra məlum olacaq.

Qeyd olunur ki, qəza zamanı həlak olan sərnişinlərin böyük əksəriyyəti İran vətəndaşları olub.

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti