...

İranın dini lideri: Silahlı qüvvələr intiqam üçün bu hücumla kifayətlənməyəcək

Dünya xəbərləri Materials 8 Yanvar 2020 11:40 (UTC +04:00)
Ötən gecə regionda ABŞ-a bir sillə vuruldu.
İranın dini lideri: Silahlı qüvvələr intiqam üçün bu hücumla kifayətlənməyəcək

Bakı. Elnur Bağışov - Trend:

Ötən gecə regionda ABŞ-a bir sillə vuruldu.

Trend-in məlumatına görə, bunu İranın dini lideri Ayətulla Əli Xamneyi deyib.

Xamneyinin sözlərinə görə, ABŞ-ın regiondakı fəsad yaradan iştirakına son qoymaq lazımdır.

İranın dini lideri əlavə edib ki, ABŞ və tərəfdarları bölgədə İranı hər bir məsələdə suçlamaqdadır.

Ayətulla Əli Xamneyi İran parlamentinin ABŞ-ın regiondan çıxarılması ilə əlaqədar qərarını alqışalayıb və bunun yerinə yetirilməli olduğunu bildirib.

İranda İslam İnqilabının artıq bitdiyini deyənlərin yanlışlığa yol verdiyini deyən İranın dini lideri qeyd edib ki, İranda inqilab yaşayır və ölməyib.

Xamneyi bildirib ki, İranın silahlı qüvvələri intiqam üçün bu hücumla kifayətlənməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti