...

Məşhur tennisçilər Avstraliyada yanğından zərərçəkənlərə pul bağışlayıblar

Dünya xəbərləri Materials 16 Yanvar 2020 10:07 (UTC +04:00)
Məşhur tennisçilər Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım üçün fonda 172 min dollar bağışlayıblar
Məşhur tennisçilər Avstraliyada yanğından zərərçəkənlərə pul bağışlayıblar

Bakı. Trend:

Məşhur tennisçilər, isveçrəli Rocer Federer və ispaniyalı Rafael Nadal Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım üçün fonda 172 min dollar bağışlayıblar.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, tennisçilər, həmçinin digər idmançılarla birlikdə Melburnda xeyriyyə tədbiri təşkil ediblər.

Tədbirdə Serena Uilyams, Karolina Voznyatski və Novak Cokoviç kimi tanınmış tennisçilər iştirak ediblər.

R.Nadal tədbirin digər insanların da yanğınlarından zərərçəkənlərə yardım etmələri məsələsində rol oynayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, yanvar ayında Avstraliyada "Australian Open" turniri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti