...

Meksikada Müdafiə Nazirliyinin patruluna hücum edilib

Dünya xəbərləri Materials 18 Yanvar 2020 02:59 (UTC +04:00)
Meksikanın Tamaulipas ştatında ərazini patrul edən əsgərlər bir qrup silahlı şəxslər tərəfindən hücuma məruz qalıb
Meksikada Müdafiə Nazirliyinin patruluna hücum edilib

Bakı. Trend:

ABŞ ilə sərhəddə yerləşən Meksikanın Tamaulipas ştatında ərazini patrul edən əsgərlər bir qrup silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə "Mañana" nəşriyyatı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 11 hücum edən şəxs öldürülüb:

"Reynosa-Miqel Aleman şossesi yaxınlığında silahlı qrup tərəfindən pusqudan edilən hücum nəticəsində 11 mülki şəxs əsgərlərin cavab atəşi ilə öldürülüb".

Toqquşma yerində on bir Kalaşnikov avtomatı və partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti