...

Rusiyada hoteldə isti su borusu partladı - 5 ölü

Dünya xəbərləri Materials 20 Yanvar 2020 11:23 (UTC +04:00)
Rusiyanın Perm şəhərində hotellərin birində isti su borusunun partlaması nəticəsində 5 nəfər həlak olub.
Rusiyada hoteldə isti su borusu partladı - 5 ölü

Bakı. Trend:

Rusiyanın Perm şəhərində hotellərin birində isti su borusunun partlaması nəticəsində 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, ölən şəxslərin meyiti su basan sahədən suyun boşaldılmasından sonra aşkar edilib.

Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti