Bakı. Trend:
Rusiyada koronavirusa yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bunu baş nazirin müavini Tatyana Qolikova bildirib.
O deyib ki, ölkə ərazisində iki nəfərdə virus aşkar edilib.
Hər iki şəxs Çin vətəndaşıdır. Virus Tümen vilayətində və Zabaykalye diyarında qeydə alınıb.
Virusa yoluxanlar karantinə alınıb. Rusiya koronavirusun qeydə alındığı 20-ci ölkə olub.