...

G7 ölkələri koronavirusu müzakirə edəcəklər

Dünya xəbərləri Materials 3 Fevral 2020 02:23 (UTC +04:00)
G7 ölkələri yeni növ koronavirusu müzakirə edəcəklər
G7 ölkələri koronavirusu müzakirə edəcəklər

Bakı. Trend:

G7 ölkələri yeni növ koronavirusu müzakirə edəcəklər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın səhiyyə naziri Yens Şpan bildirib.

Y.Şpan deyib: "Dünən vəziyyətin ümumi qiymətləndirilməsinə gəlmək üçün amerikalı həmkarımla telefon danışığım oldu. Biz razılaşdıq ki, G7 ölkələrinin səhiyyə nazirlərinin telefon konfransını keçirmək lazımdır".

Nazir qeyd edib ki, Amerika tərəfi ilə vəziyyət üzrə telefon konfransı keçirməyi razılaşdırıb.

Qeyd edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti