Təfərrüatlar əlavə olunub
Bakı. Trend:
ABŞ Konqresinin Senatı ölkə prezidenti Donald Trampa impiçment proseduru çərçivəsində bəraət qazandırıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, D.Trampa impiçment proseduru çərçivəsində ittihamın hər iki bəndi - səlahiyyətlərdən sui-istifadə və Konqresə mane olmaq üzrə bəraət qazandırılıb.
İlk maddənin lehinə 48, əlehinə - 52 senator, ikinci maddənin lehinə 47, əlehinə isə 53 senator səs verib.
Beləliklə, impiçment prosesi başa çatıb.
XXX
01:24
ABŞ Konqresinin Senatı ölkə prezidenti Donald Trampa impiçment proseduru çərçivəsində ittihamın birinci maddəsi üzrə bəraət qazandırıb.
Bu barədə Trend "TASS"a istinadən məlumat verir.