Bakı. Trend:
İtaliyada Milan-Bolonya reysi ilə hərəkət edən sürət qatarı relsdən çıxıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki maşinist həlak olub.
30 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd olunur ki, qatarın 2 vaqonu relsdən çıxıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.
Sürət dəmir yolu ilə qatarların hərəkəti dayandırılıb, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.