...

Tailandda atışma zamanı 20 nəfər ölüb, 42 nəfər isə yaralanıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 9 Fevral 2020 07:53 (UTC +04:00)
Tailandın Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində baş verən atışma zamanı 20 nəfər ölüb, 42 nəfər isə yaralanıb
Tailandda atışma zamanı 20 nəfər ölüb, 42 nəfər isə yaralanıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Tailandın Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində baş verən atışma zamanı 20 nəfər ölüb, 42 nəfər isə yaralanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi mətbuat konfransı zamanı deyib.

Nümayəndə bildirib: "Hazırda rəsmi olaraq ölənlərin sayı 20, yaralananların sayı isə 42 nəfər təşkil edir. Yaralananlardan 21-i artıq evə buraxılıb, 21-i isə xəsətxanalarda qalır".

Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, ötən gün silahlı əsgər Tailandın Nakhonratçasima şəhərində hərbi düşərgədə öz komandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini "Facebook" vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun "Facebook səhifəsi bağlanıb.

Cinayətkar "Terminal-21" ticarət mərkəzinə daxil olub və orada da insanlara atəş açıb. Daha sonra cinayətkar ticarət mərkəzinin ərazisində gizlənib.

Hüquq-mühafizə orqanlarının ordu ilə birlikdə cinayətkarın zərərsizləşdirilməsi üzrə keçirdikləri ilk əməliyyat uğursuz olub. Nəticədə cinayətkar 1 xüsusi təyinatlını güllələyib, daha ikisini isə yaralayıb.

XXX

05:30

Tailandın Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində baş verən atışma zamanı ölənlərin sayı 25 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın saxlanılması üzrə əməliyyat keçirərkən ticarət mərkəzində daha 4 nəfərin meyitini tapıblar. Daha əvvəl 21 nəfərin öldüyü bildirilirdi.

Bildiirlir ki, ticarət mərkəzinin binasında hələdə mülki vətəndaşlar ola bilər.

Qeyd edək ki, ötən gün silahlı əsgər Tailandın Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində insanlara atəş açıb.

Hüquq-mühafizə orqanlarının ordu ilə birlikdə cinayətkarın zərərsizləşdirilməsi üzrə keçirdikləri ilk əməliyyat uğursuz olub. Nəticədə cinayətkar 1 xüsusi təyinatlını güllələyib, daha ikisini isə yaralayıb.

Hazırda cinayətkarın zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti