...

Banqladeşdə Rohinca müsəlmanlarını aparan gəmi batdı - Onlarla ölü

Dünya xəbərləri Materials 11 Fevral 2020 11:52 (UTC +04:00)
Banqladeş sahillərində Rohinca müsəlmanlarını aparan gəmi batıb
Banqladeşdə Rohinca müsəlmanlarını aparan gəmi batdı - Onlarla ölü

Bakı. Trend:

Banqladeş sahillərində Rohinca müsəlmanlarını aparan gəmi batıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub.

Qeyd olunur ki, gəmidə 100-dən çox Rohinca qaçqını olub. Gəmi Banqladeşdən Malayziyaya gedirmiş.

Xilasedicilər sudan 65 nəfəri çıxara bilib. 50 nəfər itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti