...

Əfqanıstanda mədrəsə partladıldı - Şagirdlər həlak oldu

Dünya xəbərləri Materials 14 Fevral 2020 13:08 (UTC +04:00)
Əfqanıstanın şimalındakı Kunduz əyalətində törədilmiş partlayış nəticəsində 5 uşaq həlak olub
Əfqanıstanda mədrəsə partladıldı - Şagirdlər həlak oldu

Bakı. Trend:

Əfqanıstanın şimalındakı Kunduz əyalətində törədilmiş partlayış nəticəsində 5 uşaq həlak olub.

Trend-in məlumatına görə, daha 3 nəfər xəsarət alıb.

Qeyd olunur ki, partlayış mədrəsədə törədilib. Hadisə qurbanları mədrəsənin şagirdləri olub.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti