...

Braziliyada polislərin etiraz aksiyaları davam edir

Dünya xəbərləri Materials 22 Fevral 2020 21:17 (UTC +04:00)
Bölgəyə 2500 nəfərdən ibarət hərbi kontingent daxil edilib
Braziliyada polislərin etiraz aksiyaları davam edir

Bakı. Trend:

Braziliyanın şimal-şərqindəki Seara əyalətində 18 fevralda başlayan polislərin etiraz aksiyaları davam edir.

Trend-in məlumatına görə, cinayətkarlar aksiyaların yalnız ilk iki günündə 50-dən çox qətl törədiblər.

Braziliya qanunlarına görə təhlükəsizlik qüvvələrinin - hərbi və polisin tətil etmək hüququ yoxdur. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları maaşların artırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra bu addımı atmaq qərarına gəliblər.

Bildirilir ki, senator Sid Qomez tətilçilərlə toqquşma zamanı xəsarət alıb. Bundan sonra Seara qubernatoru federal hakimiyətdən əyalətə hərbçiləri göndərməyi istəyib. Bu gün bölgəyə 2500 nəfərdən ibarət hərbi kontingent daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti