Bakı. Trend:
Türkiyənin Avropa İttifaqı ilə sərhədini 100 mindən çox qaçqın keçib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz "Twitter" səhifəsində yazıb.
Nazir bildirib: "Saat 19:40 üçün ölkəmizi Edirne vasitəsilə tərk edən qaçqınların sayı 100 577 nəfər təşkil edir".
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaçqınlar üçün Avropa İttifaqı ilə sərhədin açıldığını bildirib.