Bakı. Trend:
Tailandın Phattalunq şəhərində sakinlər 4 metr uzunluğunda kobra tutub.
Trend-in məlumatına görə, ilanı gənc qadın evinin yaxınlığında aşkar edib.
Xilasedicilər gələnə qədər sakinlər kobranı tuta biliblər. Daha sonra ilan müvafiq qurumun nümayəndələrinə təhvil verilib.