Bakı. Trend:
Meksikanın qərbindəki Xalisko ştatının Tlakepake şəhərində naməlum şəxslər regional prokurorlara atəş açıblar.
Trend-in məlumatına görə, hücum nəticəsində iki nəfər ölüb. Ölənlərin şəxsiyyəti barədə məlumat verilməyib.
Hadisə yerinə bələdiyyə və federal hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin bir helikopter cəlb edilib.
Prokurorluq rəhbərliyi əhaliyə hücumun baş verdiyi ərazidən kənar olmaq çağırışı ilə müraciət edib.