...

Macarıstanda fövqəladə vəziyyət elan olundu

Dünya xəbərləri Materials 11 Mart 2020 17:51 (UTC +04:00)
Macarıstan hökuməti koronavirus təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib
Macarıstanda fövqəladə vəziyyət elan olundu

Bakı. Trend:

Macarıstan hökuməti koronavirus təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bunu hökumətin rəsmi nümayəndəsi Zoltan Kovaç deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda bununla yanaşı digər preventiv tədbirlər də görülə bilər.

Qeyd edək ki, bu günədək Macarıstanda koronavirusa 13 yoluxma halı aşkar edilib. Ölkə ərazisində virusa 8 İran, 1 Böyük Britaniya və 4 Macarıstan vətəndaşı yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti