...

İranda koronavirusdan 135 nəfər ölüb

Dünya xəbərləri Materials 17 Mart 2020 15:00 (UTC +04:00)
İranda koronavirusdan 135 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində yeni koronavirusdan (COVID-19) 135 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ümumilikdə İranda bu virus nəticəsində 988 nəfər ölüb.

Nazirlik rəsmisi ötən sutkada 1 178 nəfərin koronavirusa yoluxduğunu deyib. Əlavə edib ki, ümumilikdə İranda 16 169 nəfər bu virusa yoluxub.

Cahanpurun sözlərinə görə, indiyədək virusdan sağalanların sayı 5 389 nəfər olub.

Sıra

Vilayət adı

Yoluxma halı (nəfər)

1

Tehran

4 047

2

Qum

1 052

3

Gilan

903

4

İsfahan

1 376

5

Əlborz

830

6

Mazandaran

1 433

7

Mərkəzi

759

8

Qəzvin

473

9

Simnan

517

10

Gülüstan

640

11

Rəzəvi Xorasanı

488

12

Fars

336

13

Lorestan

324

14

Şərqi Azərbaycan

487

15

Xuzistan

331

16

Yəzd

443

17

Zəncan

241

18

Kürdüstan

167

19

Ərdəbil

243

20

Kirmanşah

145

21

Kirman

116

22

Həmədan

142

23

Sistan və Bəluçestan

82

24

Hörmüzqan

112

25

Cənubi Xorasan

119

26

Şimali Xorasan

100

27

Çahar-Mahal və Bəxtiyari

54

28

İlam

110

29

Qərbi Azərbaycan

258

30

Kohgiluyə və Buyir- Əhməd

32

31

Buşehr

42

Məqalədə:
Xəbər lenti

Xəbər lenti