Bakı. Trend:
Böyük Britaniyada yeni növ koronavirusa (COVİD-19) daha 665 nəfər yoluxub.
Trend-in məlumatına görə, bu barədə İngiltərənin İctimai Səhiyyə Xidmətindən bildiriblər.
Məlumata əsasən, martın 22-dək 78340 nəfərdən analiz götürülb, onlardan 5683 nəfərində analizin cavabı müsbət olub.
Həmçinin qeyd edilir ki, ötən sutka ərzində koronavirusdan 48 nəfər ölüb, ölənlərin ümumi sayı 281 nəfərə çatıb.