...

Putin və Netanyahu koronavirusla mübarizədə birgə səyləri dəstəkləyib

Dünya xəbərləri Materials 6 Aprel 2020 15:54 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub
Putin və Netanyahu koronavirusla mübarizədə birgə səyləri dəstəkləyib

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, tərəflər koronavirusun yayılması ilə mübarizədə birgə səyləri möhkəmləndirmək barədə danışıb.

Bundan başqa, ölkələr arasında ikitərəfli əməkdaşlığın aktual məsələləri də müzakirə olunub.

Qeyd edək ki, bu günədək Rusiyada 6 343 nəfər koronavirusa yoluxub, 47 nəfər ölüb, İsraildə isə 8 611 nəfər yoluxub, 51 nəfər virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti