...

Makron: Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik

Dünya xəbərləri Materials 15 Aprel 2020 13:01 (UTC +04:00)

Bakı. Trend:

Fransada ötən il yanğın nəticəsində ciddi zərər görən Notr-Dam kilsəsini 5 ilə bərpa etmək mümkündür.

Trend-in məlumatına görə, bunu yanğının ildönümü ilə əlaqədar çıxışı zamanı ölkə prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, hazırda bərpa işləri koronavirus epidemiyası ilə əlaqədar dayandırılıb:

"İşlər mümkün qədər tez bərpa olunacaq. Vəd etdiyim kimi, kilsəni beş ilə bərpa edəcəyik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq".

Xatırladaq ki, ötən il aprelin 15-də Notr-Dam kilsəsində güclü yanğın baş verib. 15 saat davam edən yanğının səbəbləri naməlum qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti