...

İspaniyada 105 yaşlı qadın koronavirusdan sağaldı

Dünya xəbərləri Materials 17 Aprel 2020 16:33 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın Merida şəhərində koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş 105 yaşlı qadın sağalıb.

Trend-in məlumatına görə, o, 3 gün əvvəl yüksək temperatur və nəfəs darlığı ilə xəstəxaya çatdırılmışdı.

3 gün müalicə olunan qadın sağaldıqdan sonra evə buraxılıb.

Qeyd edək ki, İspaniyada son sutka ərzində 5 200 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Bu günədək ölkədə virusa 185 minə yaxın yoluxma, 19 315 ölüm qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti