Bakı. Trend:
Kanadanın Yeni Şotlandiya əyalətinin Portapik şəhərində insanlara atəş açan şəxs həbs edilib.
Trend-in məlumatına görə, bu barədə yerli CTV kanalı xəbər yayıb.
Həbs edilən 51 yaşlı Qabriel Uortman atəş açarkən polis formasında olub və hadisə yerindən polis avtomobilində uzaqlaşıb. Onun polis əməkdaşı olmadığı bildirilir.
Yaralananlar və ölənlər barədə məlumat verilməyib.