...

Nyu-Yorkda koronavirus üçün gündə 40 min test keçiriləcək

Dünya xəbərləri Materials 22 Aprel 2020 04:58 (UTC +04:00)
Nyu-Yorkda koronavirus üçün gündə 40 min test keçiriləcək

Bakı. Trend:

New York səlahiyyətliləri, koronavirus üçün test müayinələrin sayını gündə 20 mindən 40 minə çatdıracaqlar.

Trend-in məlumatına görə, bu barədə qubernator Ednryu Kuomo mətbuat konfransında bildirib.

"Məqsədimiz gündə 40 min test etmək üçün hazırda keçirilən testlərn sayını 20 min artırmaqdır", - E.Kuomo deyib. Qubernator bu prosesin həftələrlə çəkə biləcəyini vurğulayıb.

E.Kuomo açıqlayıb ki, gündə 40 min test rəqəmi ştatın hazırda bu işlə bağlı qadir olduğu maksimumdur.

"Ştatda təxminən 300 laboratoriyamız var. Onların işini tənzimləyirik. Neçə test alınır, testlər harada aparılır, onları aparacaq heyət, nə qədər qəbul ediləcək - bu qərarlar heyət tərəfindən qəbul edilməlidir", - E.Kuomo əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti