...

Meksika 19 neft yatağında hasilatı dayandırır

Dünya xəbərləri Materials 22 Aprel 2020 17:35 (UTC +04:00)
Meksika neft qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqədar 19 neft yatağında hasilatı dayandırmağa hazırlaşır
Meksika 19 neft yatağında hasilatı dayandırır

Trend-i buradan izləyin

Bakı. Trend:

Meksika neft qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqədar 19 neft yatağında hasilatı dayandırmağa hazırlaşır.

Trend-in məlumatına görə, bunu ölkə prezidenti Andres Manuel Lopes Obrador deyib.

O bildirib ki, həmin yataqlarda hasilat ötən il başlayıb. Hazırda 19 yataqda ümumilikdə 200 quyu işləyir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin azalması neftin rekord həddə ucuzlaşmasına səbəb olub. Bir neçə gün əvvəl WTI markalı neftin qiyməti -40 dollaradək enmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti