...

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 27 mini ötüb

Dünya xəbərləri Materials 2 May 2020 01:15 (UTC +04:00)
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 27 mini ötüb

Bakı. Trend:

Böyük Britaniyada yeni növ koronavirusdan ölənlərin sayı 27,5 mini ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Londonda keçirilən brifinq zamanı Birləşmiş Krallığın səhiyyə naziri Mett Henkok deyib.

M.Henkok bildirib: "177 454 nəfərin koronavirus testinin cavabı müsbət olub. Ötən gün 6 201 yeni yoluxma halı qeydə alınıb. Hazırda xəstəxanalardan koronavirus diaqnozu ilə 15 111 nəfər qalır. Koronavirusdan 27 510 nəfər dünyasını dəyişib".

Nazir qeyd edib ki, ötən gün koronavirusdan 739 ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti