Bakı. Trend:
Özbəkistanın Sırdərya vilayətində su anbarının divarı çöküb, yüzlərlə ev su altında qalıb.
Trend-in məlumatına görə, hadisə davamlı və güclü yağışın yağması nəticəsində baş verib. 70 min insan həmin bölgədən təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyinin sözçüsü Murad Sadıkov şiddətli yağışlar səbəbi ilə Sardoba anbarının divarının qismən çökməsi ilə yüksək miqdarda suyun ətrafa axdığını təsdiq edib.